Ana Sayfa > Gündəm > "Dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır" -
"Dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır" -Bu gün, 17:39. Yazar: Subhan |
![]() "Dünyada miqrasiya prosesləri sürətlə artır. 2050-ci ilə qədər dünya əhalisinin 70 faizinin şəhərlərdə yaşayacağı proqnozlaşdırılır". aia.az xəbər verir ki, bunu WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov deyib. "Bugünkü tədbirdə keçirilən müzakirələrdə də birmənalı olaraq qeyd edildi ki, şəhərsalma siyasəti ilə miqrasiya siyasəti bir-birini tamamlamalıdır. Təbii ki, miqrasiya proseslərinin ən çox təzahür etdiyi məkanlar şəhərlərdir və miqrasiyanın müsbət təsirləri də ancaq doğru şəhər idarəetməsi sayəsində əldə edilə bilər. Bu baxımdan müzakirələr çox səmərəli keçirildi",- deyə o qeyd edib. aia.az Geri dön |