Ana Sayfa > Özəl > İranın Yeraltı “GİZLİ ORDUSU” – Blefdir, Yoxsa Real Təhlükə?
İranın Yeraltı “GİZLİ ORDUSU” – Blefdir, Yoxsa Real Təhlükə?20-05-2026, 10:12. Yazar: vasif |
![]() SEPAH-in son sərt bəyanatları İranın gizli hərbi gücü ilə bağlı sualları yenidən gündəmə gətirib. Hərbi ekspert Rövşən Məhərrəmov bildirib ki, Tehran əsasən çəkindirmə strategiyasından istifadə edir və mümkün hücumlara cavabın regiondan kənara yayıla biləcəyi mesajını verir. Ekspertin sözlərinə görə, İranın ən böyük üstünlüklərindən biri geniş ballistik raket arsenalıdır. Tehran illərdir sanksiyalar səbəbindən klassik hava qüvvələrindən daha çox raket və pilotsuz sistemlərə yatırım edib. Məhərrəmov qeyd edir ki, İran dağların altında “raket şəhərləri” adlandırılan yeraltı bazalar qurub. Bu obyektlərdə raket anbarları, mobil buraxılış sistemləri və pilotsuz aparat mərkəzlərinin yerləşdiyi ehtimal olunur. Ekspertə görə, İranın əsas “gizli gücü” yalnız raketlər deyil, həm də kütləvi və koordinasiyalı hücum imkanlarıdır. Tehran eyni anda yüzlərlə hədəfə zərbə endirməyə çalışa bilər. Bundan başqa, İran son illərdə kamikadze dronlar və uzaqmənzilli pilotsuz aparat texnologiyalarında ciddi gücə çevrilib. Bu sistemlərin hava hücumundan müdafiəni yükləmək baxımından effektiv olduğu bildirilir. Ekspert hesab edir ki, Tehranın digər mühüm üstünlüyü regiondakı proksi qüvvələridir. Bu şəbəkələr vasitəsilə İran eyni anda bir neçə fərqli bölgədə gərginlik yarada bilər. Geri dön |