Ana Sayfa > Özəl > Pezeşkianın Gizli Mesajı – İranda Hakimiyyət DAXİLƏN TOQQUŞUR?
Pezeşkianın Gizli Mesajı – İranda Hakimiyyət DAXİLƏN TOQQUŞUR?Dünən, 22:22. Yazar: vasif |
![]() Məsud Pezeşkian ABŞ ilə dialoqdan imtina etməyin ölkəni “sonsuz müharibəyə” aparacağını bildirib və sərt xətt tərəfdarlarına dolayı mesaj verib. Prezident vurğulayıb ki, İran digər ölkələrlə münasibətləri “ləyaqətli dialoq” əsasında qurmalıdır. Onun sözlərinə görə, tam qarşıdurma siyasəti ölkəni daha ağır vəziyyətə sürükləyə bilər: “Əgər danışıqlar istəmirsinizsə, onda əbədi müharibəni seçirsiniz?”, – deyə Pezeşkian bildirib. Politoloq Elxan Şahinoğlu hesab edir ki, prezidentin bu çıxışı birbaşa SEPAH və sərt xətt tərəfdarlarına ünvanlanıb. Ekspertin fikrincə, Pezeşkian diplomatiyanın da milli təhlükəsizliyin vacib hissəsi olduğunu göstərməyə çalışır. Politoloq bildirir ki, prezidentin “bizim də problemlərimiz var” deməsi İran daxilindəki iqtisadi böhran, inflyasiya və sosial narazılıqların artıq gizlədilə bilmədiyinin etirafıdır. Ekspertin sözlərinə görə, İranda faktiki olaraq paralel güc mərkəzləri mövcuddur. Bir tərəfdə seçilmiş hökumət, digər tərəfdə isə ali dini rəhbərlik və təhlükəsizlik strukturları dayanır. Bu isə ölkədə müəyyən mənada “ikihakimiyyətlilik” görüntüsü yaradır. Bu açıqlamalar fonunda Donald Trump İrana yaxın günlərdə güzəştə getməyəcəyi halda hərbi təzyiqlərin yenidən gündəmə gələ biləcəyini bildirib. Digər tərəfdən, Müctəba Xamenei isə münaqişənin genişlənə biləcəyi ilə bağlı sərt xəbərdarlıq edib. Analitiklər hesab edirlər ki, hazırda İran daxilində iki xətt – sərt qarşıdurma və nəzarətli dialoq siyasəti arasında ciddi mübarizə gedir. Geri dön |