Ana Sayfa > Özəl > Sarkisyan Paşinyana QARŞI HÜCUMA KEÇDİ – “Bu Hakimiyyət Getməlidir”

Sarkisyan Paşinyana QARŞI HÜCUMA KEÇDİ – “Bu Hakimiyyət Getməlidir”


Dünən, 22:00. Yazar: vasif
Sarkisyan Paşinyana QARŞI HÜCUMA KEÇDİ – “Bu Hakimiyyət Getməlidir”


Sarkisyan seçki öncəsi yenidən Baş nazir Nikol Paşinyana qarşı sərt ittihamlarla çıxış edib.

Revanşist düşərgənin əsas simalarından sayılan Sarkisyan videomüraciət yayaraq Paşinyan hakimiyyətini “məhvedici rejim” adlandırıb.

Keçmiş prezident vətəndaşları seçkilərdə hakimiyyət dəyişikliyinə səs verməyə çağıraraq bildirib:

“Bugünkü alçaldılmaya son qoyacaq qüvvələr seçilməlidir”.

Sarkisyan çıxışında mövcud hakimiyyəti gizli razılaşmalar və uğursuz siyasətdə də ittiham edib.

Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə 19 siyasi qüvvə iştirak etsə də, Serj Sarkisyanın partiyası yarışa qatılmır və onun özü namizədlər siyahısında yer almır.

Analitiklər hesab edirlər ki, Sarkisyanın aktivləşməsi seçki öncəsi Paşinyana qarşı siyasi təzyiqlərin artacağından xəbər verir.
Geri dön