Ana Sayfa > Özəl > Əhalinin 70%-i Şəhərlərdə Yaşayacaq – GƏLƏCƏYİN TƏHLÜKƏSİ, Yoxsa İnkişaf?

Əhalinin 70%-i Şəhərlərdə Yaşayacaq – GƏLƏCƏYİN TƏHLÜKƏSİ, Yoxsa İnkişaf?


Bu gün, 21:32. Yazar: vasif
Əhalinin 70%-i Şəhərlərdə Yaşayacaq – GƏLƏCƏYİN TƏHLÜKƏSİ, Yoxsa İnkişaf?


Davamlı İnkişaf Həlləri Şəbəkəsinin (SDSN) direktoru Ceffri Saks bildirib ki, yaxın iki onillikdə dünya əhalisinin təxminən 70 faizinin şəhərlərdə yaşayacağı gözlənilir.

Ekspertin sözlərinə görə, urbanizasiya sürətlə artır və bununla paralel olaraq iqlim dəyişikliyi, mənzil böhranı, münaqişələr və infrastruktur problemləri daha da dərinləşir. Xüsusilə Afrika və inkişaf etməkdə olan bölgələrdə şəhərlərə kütləvi köç ciddi təzyiq yaradır.

Daşınmaz əmlak üzrə ekspert Elnur Azadov hesab edir ki, urbanizasiyanın əsas səbəbi regionlarda iş və yaşayış imkanlarının zəif olmasıdır. Onun sözlərinə görə, Azərbaycanda da kənd və rayonlardan böyük şəhərlərə axın uzun illərdir davam edir və xüsusilə Bakıda mənzil və kirayə problemlərini artırır.

Ekspert bildirib ki, regionlarda kənd təsərrüfatı, kiçik biznes və məşğulluq imkanları yetərincə inkişaf etmədiyi üçün gənclər şəhərlərdə qalmağa üstünlük verir. Bu isə kəndlərin boşalması və şəhərlərin həddindən artıq yüklənməsi ilə nəticələnir.

Beynəlxalq mütəxəssislər də xəbərdarlıq edirlər ki, plansız urbanizasiya mənzil bahalaşması, tıxac, sosial bərabərsizlik və ekoloji problemləri daha da artırır.

Ekspertlərin ortaq fikrinə görə, əhalinin şəhərlərdə yaşaması özü problem deyil. Əsas məsələ şəhərlərin planlı inkişafı və regionlarla balansın qorunmasıdır. Əks halda urbanizasiya inkişaf yox, ciddi sosial və iqtisadi risklər yarada bilər.
Geri dön