Ana Sayfa > Özəl > SEPAH-dan DÜNYANI QORXUDAN HƏDƏ – “Təsəvvür Edə Bilməyəcəyiniz Yerləri Vuracağıq”

SEPAH-dan DÜNYANI QORXUDAN HƏDƏ – “Təsəvvür Edə Bilməyəcəyiniz Yerləri Vuracağıq”


Bu gün, 21:05. Yazar: vasif
SEPAH-dan DÜNYANI QORXUDAN HƏDƏ – “Təsəvvür Edə Bilməyəcəyiniz Yerləri Vuracağıq”


SEPAH Yaxın Şərqdə artan gərginlik fonunda çox sərt bəyanat yayıb.

İranın rəsmi Fars News Agency tərəfindən yayılan açıqlamada bildirilib ki, İrana qarşı hər hansı yeni hərbi addım atılarsa, müharibənin coğrafiyası regiondan çox uzaqlara yayıla bilər.

SEPAH bəyanatında rəqiblərinə açıq mesaj verərək qeyd edib:

“Əgər İrana qarşı təcavüz təkrarlanarsa, endiriləcək zərbələr təsəvvür belə edilməyən məkanları hədəf alacaq və qarşı tərəf rüsvayçı məğlubiyyət yaşayacaq”.

İran hərbi rəhbərliyi həmçinin vurğulayıb ki, indiyə qədər baş verən qarşıdurmalarda ölkənin bütün hərbi potensialından istifadə edilməyib. Açıqlamada Tehranın əlində hələ nümayiş etdirilməmiş strateji silahların və gizli imkanların olduğu iddia edilib.

Analitiklər hesab edirlər ki, bu cür sərt ritorika regionda onsuz da yüksək olan gərginliyi daha da artırır və mümkün yeni qarşıdurma riskini böyüdür.

Ekspertlərin fikrincə, İranın bu mesajı həm ABŞ və İsrailə xəbərdarlıq, həm də daxili auditoriyaya güc nümayişi xarakteri daşıyır.
Geri dön