Ana Sayfa > Özəl > Zaxarovadan Paşinyana SƏRT ZƏRBƏ – “Bunun Rusiyaya Nə Dəxli Var?”
Zaxarovadan Paşinyana SƏRT ZƏRBƏ – “Bunun Rusiyaya Nə Dəxli Var?”Bu gün, 19:54. Yazar: vasif |
![]() Rusiya ilə Ermənistan arasında gərginlik daha da artıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ermənistanın Moskva ilə bağlı ittihamlarına sərt reaksiya verib. Zaxarova bildirib ki, Ermənistan rəhbərliyinin ölkədəki problemləri Rusiyanın üzərinə atmağa çalışması “sinizmin həddini aşır”. O, xüsusilə Baş nazir Nikol Paşinyana işarə edərək diqqətçəkən açıqlama səsləndirib: “Bunun Rusiyaya nə dəxli var? Xeyr, bu biz deyilik, bu elə Paşinyanın özüdür”, – deyə Mariya Zaxarova vurğulayıb. Analitiklərin fikrincə, Moskvanın bu açıqlaması Ermənistan daxilində yaşanan siyasi və təhlükəsizlik problemlərinə görə məsuliyyətin birbaşa Paşinyan hakimiyyətinin üzərinə qoyulduğunu göstərir. Son aylarda İrəvanla Moskva arasında münasibətlərdə müşahidə olunan gərginliyin daha da dərinləşdiyi bildirilir. Geri dön |