Ana Sayfa > Özəl > Azərbaycanda Bu Riskli Peşəni Cəmi 3 Qadın Seçib – Maraqlı Statistika Açıqlandı
Azərbaycanda Bu Riskli Peşəni Cəmi 3 Qadın Seçib – Maraqlı Statistika AçıqlandıBu gün, 19:19. Yazar: vasif |
![]() Azərbaycanda aviasiya sahəsi ilə bağlı diqqətçəkən statistika açıqlanıb. Məlum olub ki, ölkədə pilot peşəsini icra edən qadınların sayı olduqca azdır. Rəsmi məlumatlara əsasən, ötən il Azərbaycanda fəaliyyət göstərən pilotların 99 faizini kişilər təşkil edib. Ümumilikdə 377 pilot arasında yalnız 3 qadın bu məsuliyyətli və riskli peşədə çalışıb. Mütəxəssislər bildirirlər ki, pilotluq həm yüksək peşəkarlıq, həm də ciddi fiziki və psixoloji hazırlıq tələb edən sahələrdən biri hesab olunur. Bu səbəbdən dünyada olduğu kimi, Azərbaycanda da sahədə kişilərin üstünlüyü qorunur. Təyyarə bələdçiliyi sahəsində isə tam fərqli mənzərə müşahidə edilir. Statistikaya görə, ötən il təyyarə bələdçilərinin 64 faizini qadınlar, 36 faizini isə kişilər təşkil edib. Ekspertlər hesab edirlər ki, son illərdə qadınların aviasiya sahəsinə marağı artsa da, pilotluq peşəsində gender balansının formalaşması üçün daha uzun zamana ehtiyac var. Geri dön |