Ana Sayfa > Cəmiyyət / Karusel > ABŞ-da məhbuslar qiyam qaldırdı

ABŞ-da məhbuslar qiyam qaldırdı


16-03-2017, 10:01. Yazar: admin
ABŞ-da məhbuslar qiyam qaldırdı



ABŞ-ın Kaliforniya ştatında həbsxanalardan birində qiyam baş verib.

İnsident nəticəsində 6 həbsxana əməkdaşı yaralanıb.

Məlumata görə, həbsxananın yeməkxanasında məhbuslardan biri nəzarətçiyə hücum edib. Daha sonra 30-dək məhbus həbsxana əməkdaşlarına zərbələr endirməyə başlayıb. Polis qiyamçılara qarşı bibər qazından istifadə edib.

Qiyamın çox keçmədən qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alanların olub-olmaması haqda məlumat verilməyib.

AİA.az
Geri dön