Ana Sayfa > Təhsil > Müəllimlərin
MüəllimlərinBu gün, 13:20. Yazar: Subhan |
![]() Dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsinə 21 maydan etibarən start verilir. aia.az bu barədə MÜTDA-dan məlumat əldə edib. Bildirilib ki, müsabiqə qaydalarına əsasən, vakansiya seçimi ilkin olaraq şəhid ailəsi üzvləri üçün aktivləşdiriləcək. Qeydiyyatdan keçmiş və elektron ərizəsi təsdiqlənmiş şəhid ailəsi üzvləri 21 may saat 11:00-dan etibarən şəxsi kabinetlərinə daxil olaraq vakant yerləri seçə biləcəklər. Bu mərhələ 22 may saat 11:00-dək davam edəcək. Daha sonra digər müsabiqə iştirakçıları üçün də vakansiya seçimi prosesi həyata keçiriləcək. Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcəyi bildirilir. Məsul qurum vakansiya seçimi zamanı iştirakçılara diqqətli olmalarını və seçim tamamlandıqdan sonra elektron ərizələrini təsdiqləməyi unutmamağı tövsiyə edir. aia.az Geri dön |