Ana Sayfa > Dünya > Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu

Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu


Bu gün, 12:32. Yazar: Subhan
Modinin Meloniyə hədiyyəsi gülüş doğurdu

İtaliyanın Baş naziri Corciya Meloni hindistanlı həmkarı ilə birlikdə maraqlı paylaşım edib.

aia.az Globalinfo.az-a istinadla xəbər verir ki, o, sosial şəbəkə hesabında Hindistanın Baş naziri Narendra Modinin hədiyyəsini izləyiciləri ilə bölüşüb.

“Cənab Modi mənə çox yaxşı konfet hədiyyə edib. Adı “Melody”dir”, – deyə Meloni gülərək deyib.

Digər tərəfdən, Hindistanın Baş naziri İtaliyaya səfəri ilə bağlı qısa fikirlərini öz sosial media hesabında bölüşüb:

“Romaya eniş etdikdən sonra Baş nazir Meloni ilə nahar etmək, ardınca isə məşhur Kolizeyi ziyarət etmək imkanım oldu. Geniş mövzular üzrə fikir mübadiləsi apardıq. Bu gün Hindistan-İtaliya dostluğunu gücləndirmək barədə söhbətimizi səbirsizliklə gözləyirəm”.

aia.az
Geri dön