Ana Sayfa > Siyasət / Manşet > UN-Habitat-ın İcraçı Direktoru Azərbaycana təşəkkür edib
UN-Habitat-ın İcraçı Direktoru Azərbaycana təşəkkür edibBu gün, 15:15. Yazar: Subhan |
![]() BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) İcraçı Direktoru xanım Anaklaudia Rosbax Azərbaycana təşəkkür edib. aia.az xəbər verir ki, onun adından təşəkkür bəyanatını Un-Habitat-ın Qlobal Həllər Şöbəsinin direktoru Rafels Tuts Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Hamı üçün adekvat mənzil üzrə Hökumətlərarası Açıq Tərkibli Ekspert İşçi Qrupu: Mənzil dayanıqlılığı və davamlılığı üzrə sessiyalararası görüş"də oxuyub. "İşçi Qrupun sessiyalararası tematik iclasında burada sizə qoşulmaqdan məmnunam. İlk növbədə, sessiyanın çağırılmasında göstərdikləri liderliyə görə həmsədrlərə – Azərbaycan və Somaliyə təşəkkür edirəm. Həmçinin həm burada canlı olaraq iştirak edən, həm də müxtəlif saat qurşaqlarından onlayn şəkildə qoşulan bütün iştirakçıları salamlayıram. Həmkarlar, bu görüş olduqca kritik bir məqamda baş tutur. Mənzil sektoru üçqat planetar böhranın – iqlim dəyişikliyi, çirklənmə, biomüxtəlifliyin itirilməsi və qlobal mənzil böhranının kəsişməsində dayanır. Bunlar bir-birindən ayrı problemlər deyil, dərindən bir-birinə bağlıdır. Mənzil sistemlərimizi qurduğumuz, modernləşdirdiyimiz (retrofit) və planlaşdırdığımız barədə qəbul etdiyimiz qərarlar hər iki tərəf üçün nəticələri müəyyən edəcək", - deyə o qeyd edib. aia.az Geri dön |