Ana Sayfa > Özəl > Məşhur Müğənni İllərdir Gizlətdiyi Xəstəliyi ETİRAF ETDİ – “Ağlım Gedib-Gəlir”
Məşhur Müğənni İllərdir Gizlətdiyi Xəstəliyi ETİRAF ETDİ – “Ağlım Gedib-Gəlir”Bu gün, 20:07. Yazar: vasif |
![]() Türkiyəli məşhur pop ifaçısı İrem Derici illərdir gizli saxladığı ciddi sağlamlıq problemlərindən ilk dəfə açıq danışıb. Türkiyə mediasının yaydığı məlumata görə, sənətçi qatıldığı YouTube proqramında həm epileptik tutmalar keçirdiyini, həm də ona “xroniki yuxusuzluq” diaqnozu qoyulduğunu açıqlayıb. İrem Derici bildirib ki, son aylarda həm fiziki, həm də psixoloji baxımdan olduqca çətin dövr yaşayır. Müğənni uzun müddətdir müxtəlif həkimlərə müraciət etdiyini və fərqli diaqnozlarla qarşılaşdığını deyib. Sənətçi psixiatr qəbulundan sonra ona xroniki yuxusuzluq diaqnozu qoyulduğunu açıqlayaraq emosional sözlər işlədib: “Artıq heç kimlə mübahisə etmək istəmirəm. Oktyabr ayından bəri ağlım gedib-gəlir”, – deyə İrem Derici bildirib. Müğənni günün demək olar ki, 24 saatı oyaq qaldığını və bu səbəbdən sosial mediada daim aktiv olduğunu da etiraf edib. Onun sözlərinə görə, həkimlər nevroloji problem yaşadığını və bunun dərman müalicəsi ilə nəzarətdə saxlanılacağını bildiriblər. İrem Derici ilk dəfə 2017-ci ildən bəri epileptik tutmalar keçirdiyini də açıqlayıb. O, reper Sefo ilə duet hazırlayarkən studiyada ağır tutma keçirdiyini söyləyib. Sənətçinin açıqlamaları sosial şəbəkələrdə böyük rezonans doğurub və çox sayda pərəstişkarı ona dəstək mesajları göndərib. Geri dön |