Ana Sayfa > Özəl > İrandan ABŞ-yə SƏRT MESAJ – “Yeni Cəbhələr Açılacaq”
İrandan ABŞ-yə SƏRT MESAJ – “Yeni Cəbhələr Açılacaq”Bu gün, 13:49. Yazar: vasif |
![]() Mojtaba Khamenei ABŞ-nin mümkün hücum təhdidlərinə cavab olaraq İranın münaqişə zonasını genişləndirməyə hazır olduğunu bildirib. İran ali rəhbərliyinə yaxın rəsmi mənbələrdə yayılan açıqlama regionda yeni gərginlik ehtimalını yenidən gündəmə gətirib. Bəyanatda qeyd olunub ki, ABŞ-nin zəif və kifayət qədər təcrübəyə malik olmadığı istiqamətlər üzrə hazırlıqlar görülüb və hərbi vəziyyət davam edərsə, Tehran əlavə cəbhələr aça bilər. Politoloq Yusif Bağırzadə hesab edir ki, bu mesaj tamamilə boş təhdid deyil və İranın uzun illərdir “asimmetrik müharibə” strategiyası üzərində çalışdığını göstərir. Onun sözlərinə görə, Tehran ABŞ ilə birbaşa hərbi qarşıdurmadan daha çox proksi qüvvələr, kiberhücumlar və regional təsir şəbəkələri üzərindən təzyiq yaratmağa üstünlük verir. Ekspert bildirir ki, İranın mümkün addımları arasında Hezbollah vasitəsilə İsrail istiqamətində gərginliyin artırılması, Yəmən və Qırmızı dəniz marşrutlarında təzyiqlərin gücləndirilməsi, həmçinin enerji və dəniz ticarət yollarının risk altına salınması ehtimalı var. Politoloqun fikrincə, bu sərt ritorika həm də daxili auditoriyaya hesablanıb. İran rəhbərliyi ABŞ və İsrail təzyiqləri qarşısında geri çəkilmədiyini göstərməyə çalışır. Ekspertlər xəbərdarlıq edirlər ki, əgər regionda genişmiqyaslı hərbi əməliyyatlar başlayarsa, münaqişə təkcə İranla məhdudlaşmayacaq və Yaxın Şərqin müxtəlif nöqtələrinə yayıla bilər. Geri dön |