Ana Sayfa > Özəl > İlham Əliyevin WUF13 Mesajı – Azərbaycan Gələcəyin Şəhərlərini Qurur

İlham Əliyevin WUF13 Mesajı – Azərbaycan Gələcəyin Şəhərlərini Qurur


Bu gün, 19:07. Yazar: vasif
İlham Əliyevin WUF13 Mesajı – Azərbaycan Gələcəyin Şəhərlərini Qurur


Prezident Ilham Aliyevin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında – World Urban Forum 13 səsləndirdiyi fikirlər Azərbaycanın şəhərsalma siyasətinin yalnız tikinti və infrastrukturdan ibarət olmadığını, milli kimlik, tarixi irs və müasir inkişaf strategiyası ilə sıx bağlı olduğunu bir daha nümayiş etdirdi.

Ölkə başçısı çıxışında Azərbaycanın qədim şəhərsalma ənənələrinə malik dövlət olduğunu vurğulayaraq Qəbələ, Gəncə, Naxçıvan və Şamaxı kimi şəhərlərin tarix boyu regionun mühüm iqtisadi və mədəni mərkəzləri kimi formalaşdığını diqqətə çatdırdı.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müasir şəhərsalma siyasəti bu gün tarixi irsin qorunması, ekoloji dayanıqlılıq və insanların rahat yaşayış mühitinin yaradılması prinsipləri üzərində qurulub. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma işləri Azərbaycanın gələcəyin şəhərlərini formalaşdırdığını göstərir.

“Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, yaşıl enerji layihələri və müasir infrastrukturun qurulması Azərbaycanın postmünaqişə dövründə dünyaya təqdim etdiyi nümunəvi inkişaf modeli kimi qiymətləndirilir.

Prezidentin çıxışında diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq platformasına çevrilməsidir. COP29 və WUF13 kimi nüfuzlu tədbirlərə ev sahibliyi edən Azərbaycan bu gün regionun sabitlik, inkişaf və təhlükəsizlik mərkəzlərindən biri kimi çıxış edir. Bu isə Prezident İlham Əliyevin uzaqgörən siyasətinin və ölkənin sürətli inkişaf modelinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir.
Geri dön