Ana Sayfa > Özəl > Güclü dövlət anlayışı
Güclü dövlət anlayışıBu gün, 15:37. Yazar: azer |
![]() Hər bir dövlətin gələcəyi onun yetişdirdiyi gənclərlə müəyyən olunur. Güclü dövlət anlayışı yalnız iqtisadi göstəricilər, hərbi qüdrət və siyasi uğurlarla ölçülmür. Dövlətin əsl gücü milli düşüncəyə malik, vətənpərvər, savadlı və yüksək mənəvi keyfiyyətlərə sahib gənclərinin varlığı ilə müəyyən edilir. Çünki bugünün gəncləri sabahın idarəçiləri, alimləri, müəllimləri, mühəndisləri və dövlət xadimləridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev gəncləri hər zaman dövlətin ən böyük sərvəti hesab etmiş və onların inkişafını ölkənin gələcəyi ilə birbaşa əlaqələndirmişdir. Ulu Öndərin müəyyən etdiyi siyasi kursda gənclərin milli ruhda, yüksək mənəvi dəyərlər əsasında formalaşması əsas istiqamətlərdən biri olmuşdur. Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən gənclər siyasəti, təhsil imkanlarının genişləndirilməsi, gənclərin müxtəlif sahələrdə iştirakının təmin olunması və onların potensialının inkişaf etdirilməsi gələcəyə hesablanmış mühüm addımlardır. Güclü gəncliyin formalaşmasında ailənin, xüsusilə qadının rolu da böyük əhəmiyyət daşıyır. Çünki sağlam düşüncəli, vətəninə bağlı və yüksək mənəvi keyfiyyətlərə malik nəslin yetişməsində ana tərbiyəsi xüsusi yer tutur. Gələcəyin savadlı, vətənpərvər və milli dəyərlərə sadiq gənclərinin formalaşmasında qadınların əməyi və məsuliyyəti böyükdür. Azərbaycan gəncliyi artıq özünü bir çox sahələrdə sübut edib. Xüsusilə Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq, dövlətə və xalqa sədaqət hissi bir daha nümayiş etdirdi ki, sağlam düşüncəli və vətənpərvər gənclik güclü dövlətin ən etibarlı dayağıdır. Gənclərə göstərilən diqqət və qayğı əslində Azərbaycanın gələcəyinə göstərilən diqqətdir. Çünki güclü dövlətin yolu güclü iqtisadiyyatdan, güclü ordudan keçdiyi kimi, eyni zamanda güclü və məsuliyyətli gənclikdən də keçir. Güclü gənclik olan yerdə güclü dövlət, güclü dövlət olan yerdə isə uğurlu gələcək vardır. Nəzrin Əlizadə, YAP Nərimanov rayon təşkilatının məsləhətçisi Geri dön |