Ana Sayfa > Özəl > Qəbir açıldı, cəsəd çıxarıldı – Türkiyədə qalmaqallı dəfn iddiası

Qəbir açıldı, cəsəd çıxarıldı – Türkiyədə qalmaqallı dəfn iddiası


Bu gün, 20:17. Yazar: vasif
Qəbir açıldı, cəsəd çıxarıldı – Türkiyədə qalmaqallı dəfn iddiası


Türkiyənin Muş vilayətinin Varto rayonunda baş verən hadisə ölkədə ciddi rezonans doğurub.

Yerli medianın məlumatına görə, mərhumun yaxınları dəfn zamanı məzarın içərisinin su ilə dolu olmasına baxmayaraq, basdırılmanın həyata keçirildiyini iddia ediblər. Ailə üzvləri bildiriblər ki, su yaxınlıqdakı boş qəbirdən sızıb və buna baxmayaraq proses dayandırılmayıb.

Hadisədən narazı qalan yaxınlar sonradan məzarı yenidən açaraq cəsədi çıxarıblar. Sosial şəbəkələrdə yayılan görüntülər isə geniş müzakirələrə səbəb olub.

Ailə tərəfi dəfn zamanı ciddi səhlənkarlığa yol verildiyini düşünür və məsələ ilə bağlı aidiyyəti qurumlara etiraz edib. Bildirilir ki, yerli orqanlar hadisə ilə bağlı araşdırmaya başlayacaq.
Geri dön