Ana Sayfa > Özəl > İranın “ayaqda qalma” strategiyası – Müharibədə kim üstün görünür?
İranın “ayaqda qalma” strategiyası – Müharibədə kim üstün görünür?Bu gün, 18:00. Yazar: vasif |
![]() Iran ilə Israel arasında 12 günlük müharibə və ardınca ABŞ-İsrail koalisiyasının davam edən hücumları regionda ən çox müzakirə olunan məsələlərdən birinə çevrilib. Buna baxmayaraq, Tehranda rejimin çökməməsi və ölkənin müqaviməti beynəlxalq diqqət çəkir. Politoloq Rəşad Bayramov hesab edir ki, hərbi texnologiya və kəşfiyyat baxımından ABŞ və İsrail açıq üstünlüyə malik olsa da, bu üstünlük siyasi nəticəyə tam çevrilə bilməyib. Onun fikrincə, İran uzun illər sanksiyalar və təzyiqlər altında yaşadığı üçün “böhran şəraitinə uyğunlaşmış sistem” formalaşdırıb. Ekspert bildirir ki, İranın əsas üstünlüyü hərbi gücdən çox, strateji dözümlülük və daxili mobilizasiya imkanlarıdır. Ağır bombardmanlara baxmayaraq, ölkədə kütləvi panika və qaçqın axınının yaranmaması da bunu göstərir. Rəşad Bayramovun sözlərinə görə, müasir müharibələrdə yalnız silah deyil, psixoloji və informasiya savaşı da həlledici rol oynayır. İran özünü “təzyiq qarşısında geri çəkilməyən dövlət” kimi təqdim etməyə çalışır, ABŞ və İsrail isə təhlükəsizlik və çəkindirmə mesajlarını ön plana çıxarır. Ekspert hesab edir ki, hazırkı mərhələdə bu qarşıdurmada nə tam qalib, nə də açıq məğlub görünür. Çünki nəticəni yalnız hərbi statistikalar deyil, iqtisadi dayanıqlıq, ictimai psixologiya və beynəlxalq siyasi dəstək müəyyən edir. Geri dön |