Ana Sayfa > Manşet / İqtisadiyyat > Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb

Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb


Bu gün, 11:13. Yazar: Subhan
Azərbaycanın Ermənistana builki ixracının dəyəri 10 milyon dollara yaxınlaşıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycan Ermənistana 9 milyon 646 min ABŞ dolları dəyərində mal ixrac edib.

Bu barədə aia.az-a Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bunun 3,889 milyon dollarlıq hissəsi aprel ayının payına düşüb.

4 ay ərzində Azərbaycanın Ermənistandan dolayı yolla idxalının dəyəri isə cəmi 960 ABŞ dolları təşkil edib. Ötən ay bu ölkədən idxal olmayıb.

aia.az
Geri dön