Ana Sayfa > Siyasət > "SSRİ-ni yenidən qurmaq planımız..." - Lavrov
"SSRİ-ni yenidən qurmaq planımız..." - Lavrov15-03-2017, 16:02. Yazar: admin |
"Rusiyanın nə SSRİ-ni yenidən qurmaq planları, nə də hər hansı imperiya ambisiyaları var". AİA.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. Lavrovun qənaətinə görə, Rusiyanın imperiya ambisiyalarının olması və SSRİ-ni yenidən qurmaq planları barədə fikirlər fantastika janrına aiddir və ciddi qəbul edilməməlidir. Onun sözlərinə görə, Rusiya keçmiş sovet respublikalarının müstəqillik seçiminə həmişə hörmətlə yanaşıb: "Biz onlarla əməkdaşlığı müxtəlif formatlarda maraqların qarşılıqlı nəzərə alınması və bərabərlik prinsipləri əsasında qururuq". Lavrov həmçinin bildirib ki, Rusiya postsovet məkanı ölkələrinə, xüsusilə Mərkəzi Asiya dövlətlərinə ciddi yardım göstərir: "On il ərzində Rusiya Mərkəzi Asiya dövlətlərinə 6,7 milyard dollar məbləğində yardım edib. İkitərəfli əsasda təmənnasız maliyyə yardımı 4 milyard dollardan çox olub. Yardımın həcmi BMT xətti ilə - 570 milyon, Dünya Bankı və digər strukturların xətti ilə isə 1,3 milyard dollar, Avrasiya İqtisadi Birliyinin xətti ilə 592,3 milyon dollar təşkil edib". AİA.az Geri dön |