Ana Sayfa > Ölkə > Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi

Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi


Bu gün, 10:41. Yazar: Subhan
Bu marşrut üzrə əlavə qatar reysləri təyin edildi


23-24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

aia.az xəbər verir ki, bununla bağlı “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.

Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə edə bilərsiniz.

Qeyd olunub ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

aia.az
Geri dön