Ana Sayfa > Ölkə > Üç “prezident” Bakı türməsindədir, dördüncü isə TƏŞVİŞDƏ
Üç “prezident” Bakı türməsindədir, dördüncü isə TƏŞVİŞDƏBu gün, 20:04. Yazar: vasif |
![]() “Paşinyan dedi ki, həbsxanaya getməliyəm. Dağlıq Qarabağın dörd prezidenti olub. Üçü Bakı həbsxanasındadır. Görünür, Bakıdan deyiblər ki, dördüncüsü (özünü nəzərdə tutur) İrəvan həbsxanasında olsun”. Musavat.com bildirir ki, bunu Ermənistanın ikinci prezidenti və baş nazirliyə namizəd Robert Köçəryan deyib. “Biz buna icazə verməyəcəyik”, - deyə auditoriyadan biri qışqırıb. Yada salaq ki, keçmiş qondarma rejimin rəhbərləri olmuş Bako Saakyan, Arkadi Qukasyan və Araik Aryutunyan Bakı həbsxanasındadır. Xocalı canisi Köçəryan da Qarabağda oyuncaq rejimə rəhbərlik edib. Azərbaycan ona cinayət işi açıb və beynəlxalq axtarışa verib. Onun ölkəmizə təhvil verilməsi zaman-zaman gündəmə gəlib. Paşinyan hakimiyyətə gəldikdən sonra Köçəryan həbs olunub. Lakin Rusiya prezidentinin xahişi ilə bir müddət sonra azadlığa buraxılıb. Bu il mayın 14-də isə Paşinyan yenidən çağırış edib ki, Köçəryan törətdiyi cinayətlərə görə həbs olunmalıdır. Baş nazir seçiciləri ilə görüşündə qanlı 1 Mart hadisəsi ilə bağlı danışarkən bildirib ki, bu məsələnin üstü bütün detalları ilə birlikdə 100 faiz açılıb. Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, Köçəryanın əli həm azərbaycanlıların, həm ermənilərin qanına batıb. Onun sözlərinə görə, Paşinyanın tələbi haqlıdır və Ermənistan İstintaq Komitəsi Köçəryanı cinayət məsuliyyətinə cəlb etməlidir. Hüquq müdafiəçisi qeyd edib ki, Paşinyanın çağırışı ölkənin baş prokuroruna ünvanlanıb: “Ermənistan istintaq orqanları onun cinayətlərini yenidən araşdırmalıdır. Onun baş nazir postuna namizədliyini irəli sürməyə mənəvi haqqı çatmır. Ümumiyyətlə, seçkilərdən sonra Köçəryan və digər qatillər siyasi səhnədən silinəcək. Bu, onların sonuncu seçkiləridir. Erməni cəmiyyəti Köçəryanı korrupsioner və ölkəni uçuruma aparan biri kimi xatırlayır. Ona seçkilərdə də ciddi səs verilməyəcək”. Ç.Qənizadə hesab edir ki, Köçəryanın dördüncü “prezident” kimi Azərbaycan həbsxanasında olması mümkündür: “Təkcə o deyil, azərbaycanlıların qətlində iştirak etmiş Balasanyan, Ohanyan və digərləri də həbsxanada olmalıdırlar. Ermənistan Köçəryanı və digərlərini Azərbaycana təhvil verə bilər. Sadəcə, bu məsələdə siyasi iradə lazımdır”. Geri dön |