Ana Sayfa > Dünya > Diplomatiya, yoxsa müharibə?-İran xarici işlər naziri ABŞ-a şərt qoydu

Diplomatiya, yoxsa müharibə?-İran xarici işlər naziri ABŞ-a şərt qoydu


Bu gün, 19:22. Yazar: vasif
Diplomatiya, yoxsa müharibə?-İran xarici işlər naziri ABŞ-a şərt qoydu


İranın xarici işlər naziri Abbas Əraqçi beynəlxalq münasibətlər və nüvə proqramı ilə bağlı dünyada böyük rezonans doğuran kəskin bəyanatlar səsləndirib.

aia.az xəbər verir ki, Araqçi İranın ABŞ-a olan etimadının tamamilə sarsıldığını və rəsmi Vaşinqtonla hər hansı yeni saziş imzalanmazdan əvvəl hər bir detalın dərindən dəqiqləşdirilməsinin vacibliyini vurğulayıb.

Nazir qeyd edib ki, müəyyən qüvvələr ABŞ-ı yenidən bölgədəki hərbi münaqişələrə sürükləməyə çalışır, lakin Tehran hələ də diplomatik həll yoluna ümid bəsləyir. "Biz tamamilə amerikalılara etibar edə bilmərik. Ümid edirəm ki, sağlam düşüncə qalib gələcək və biz həll yolu tapmaq üçün diplomatiyaya müraciət edəcəyik",-deyə İran rəsmisi bildirib.

Nüvə silahı iddialarına da toxunan Əraqçi İranın heç vaxt atom bombasına sahib olmaq istəmədiyini bir daha qətiyyətlə bəyan edib. O, Tehranın nüvə fəaliyyətinin müstəsna olaraq dinc xarakter daşıdığını və bu mövqenin dəyişməz qaldığını vurğulayıb.

Mənbələr qeyd edirlər ki, Əraqçinin bu çıxışı ABŞ-da keçirilən son danışıqlar və regiondakı hərbi gərginlik fonunda İranın Qərbə qarşı yeni müdafiə strategiyasıdır. Xüsusilə "etimadsızlıq" vurğusu gələcək danışıqların daha çətin keçəcəyindən xəbər verir. Hazırda Ağ Evin bu ittihamlara verəcəyi reaksiya və beynəlxalq nüvə agentliklərinin Tehranın bu bəyanatını necə qarşılayacağı maraqla gözlənilir.
Geri dön