Ana Sayfa > Ölkə > Başqasının borcuna görə sizə zəng edilməyi qanunidirmi?
Başqasının borcuna görə sizə zəng edilməyi qanunidirmi?Bu gün, 18:11. Yazar: vasif |
![]() Son zamanlar Bank Olmayan Kredit Təşkilatlarının (BOKT) borclunun məlumatlarını üçüncü şəxslərlə (qohum, dost, iş yoldaşı) paylaşması və ya yaxın çevrəsinə zəng edərək təzyiq göstərməsi geniş ictimai narahatlığa və hüquqi, ictimai müzakirə mövzusuna çevrilib. Bir sıra müştərilər belə hallarla rastlaşdıqlarını bildirirlər. Bu addım nə dərəcədə qanunauyğundur? aia.az xəbər verir ki, maliyyə-bank eksperti Əkrəm Həsənov Bakupost.az-a bildirib ki, "Fərdi məlumatlar haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, şəxsin borcu, ünvanı, telefon nömrəsi və digər məlumatları fərdi məlumat sayılır və onların məlumat subyektinin razılığı olmadan üçüncü şəxslərə ötürülməsi qadağandır: "BOKT və yaxud kommersiya bankı olmasından asılı olmayaraq, kredit borcu alan şəxs üçüncü şəxslər barədə məlumatı onlara verməyibsə, bu halda məlumatın üçüncü şəxsə ötürülməsi qanunsuzdur. Belə halların olması bank sirrinin pozulması hesab edilir. Bu vəziyyətdə müştəri Mərkəzi Banka şikayət edə, vurulan mənəvi zərərin ödənilməsilə bağlı məhkəməyə iddia verə bilər". Ekspertin sözlərinə görə, sözügedən məlumatı banka vətəndaşın özü könüllü verdikdə isə burada artıq hər hansı bir qanun pozuntusu yoxdur: "Belə vəziyyətdə yalnız zəng edilən şəxslər buna etiraz edə bilərlər. Onda artıq onlara zəng etmək olmaz. Bank əməkdaşları buna rəğmən zəng etsələr, həmin şəxslər də Mərkəzi Banka şikayət edə, məhkəmədə iddia qaldıra bilərlər". Geri dön |