Ana Sayfa > İqtisadiyyat > AZAL Bakı-Dubay reyslərini bərpa edib
AZAL Bakı-Dubay reyslərini bərpa edibBu gün, 11:59. Yazar: vasif |
![]() Azərbaycan Hava Yolları (AZAL) Dubay istiqamətində uçuşların həyata keçirilməsini bu gündən etibarən bərpa edib. aia.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb. Məlumata görə, Bakı-Dubay-Bakı marşrutu üzrə reyslər həftənin bütün günləri icra olunacaq. Xatırladaq ki, fevralın 28-də Yaxın Şərqdə yaranmış gərgin vəziyyət və hava məkanında tətbiq edilən məhdudiyyətlərlə əlaqədar sözügedən istiqamət üzrə uçuşlar müvəqqəti dayandırılmışdı. Geri dön |