Ana Sayfa > Şou-biznes > Saatlar qaldı: gözlər Vyanada! Bu gecə Azərbaycan “Cəmilə” deyə biləcəkmi?!
Saatlar qaldı: gözlər Vyanada! Bu gecə Azərbaycan “Cəmilə” deyə biləcəkmi?!Bu gün, 20:12. Yazar: vasif |
![]() Bu axşam musiqisevərlərin diqqəti Avstriyanın paytaxtı Vyanada olacaq. “Avroviziya 2026” mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start veriləcək. Musiqili yarışma saat 23:00-da başlayacaq. Bu il yarışmada Azərbaycanı Jiva səhnə adı ilə çıxış edən müğənni Cəmilə Həşimova təmsil edir. İfaçı ikinci yarımfinalda 2-ci nömrə altında səhnəyə çıxacaq. Jiva müsabiqədə “Just Go” adlı mahnını təqdim edəcək. Bəstənin söz və musiqisi azərbaycanlı və amerikalı bəstəkar Fuad Cavadova məxsusdur. Qeyd edək ki, ilk yarımfinalda bu ölkələr finala vəsiqə əldə ediblər: İsveç Finlandiya Estoniya İsrail Polşa Belçika Yunanıstan Portuqaliya Xorvatiya Serbiya Xatırladaq ki, “Avroviziya 2026”nın böyük finalı mayın 16-da baş tutacaq. Geri dön |