Ana Sayfa > Siyasət > XİN-dən müsəlman ölkələrinə Qarabağ çağırışı
XİN-dən müsəlman ölkələrinə Qarabağ çağırışı15-03-2017, 12:43. Yazar: admin |
“İşğal edilmiş ərazilərimizdə Ermənistan tərəfindən qeyri-qanuni iqtisadi fəaliyyətin və məskunlaşdırma siyasətinin aparılmasının, yerli resursları talamaqla istehsal edilən malların xarici bazarlara çıxarılmasının qarşısını alan addımlar atılmalıdır”. AzVision.az-ın məlumatına görə, bunu xarici işlər nazirinin müavini Xələf Xələfov bu gün “İslam həmrəyliyi -zamanın çağırışı” adlı beynəlxalq konfransda çıxışı zamanı deyib. “Hazırda işğal olunmuş ərazilərdə qeyri-qanuni iqtisadi fəaliyyət və məskunlaşma siyasəti yürüdür, yerli məhsulları qondarma brendlər altında xarici ölkələrə çıxarmağa çalışırlar. Bunların qarşısının alınmasında İslam Əməkdaşlıq Təşkilatının dəstəyinə güvənirik. İƏT ölkələri KİV-inin bu məsələri işıqlandırmaq istiqamətində fəaliyyətlərini gücləndirməsini xahiş edirik. Azərbaycan bir sıra müsəlman ölkəsində olan müharibə və münaqişələri yaxşı anlayır. Bunların həll olunması üçün səylərin birləşdirilməsi və qarşılıqlı dəstək mexanizminin yaradılmasını zəruri hesab edirik”. "Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı Azərbaycanın taleyüklü məsələsidir" deyən Xələf Xələfov bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini tələb edir: “Bu kimi məsələlərin dünya ictimaiyyətinə çatdırılmasında İslam həmrəyliyinin böyük əhəmiyyəti var. Bu mənada İslam Əməkdaşlıq Təşkilatının rolunu və işğalla bağlı kontakt qrupunun yaradılmasını yüksək qiymətləndirir, İƏT-ə bu məsələyə siyasi və hüquqi qiymət verməsinə görə təşəkkür edir, digər İslam ölkələrini də bu sahədə həmrəylik nümayiş etdirməyə çağırırıq”. Nazir müavini İƏT ölkələrinin Dağlıq Qarabağdan olan şəxslərin girişini qadağan etməsi istiqamətində də addımlar atdığını əlavə edib. AİA.az Geri dön |