Ana Sayfa > Gündəm > AzTV-nin 22 min manatlıq ödənişi: “Müqaviləyə uyğun şəkildə həyata keçirilir”

AzTV-nin 22 min manatlıq ödənişi: “Müqaviləyə uyğun şəkildə həyata keçirilir”


Bu gün, 16:46. Yazar: azer
AzTV-nin 22 min manatlıq ödənişi: “Müqaviləyə uyğun şəkildə həyata keçirilir”

AzTV ilə bir sıra aktyorlar arasında bağlandığı iddia olunan əməkdaşlıq müqaviləsi ilə bağlı müzakirələr davam edir.

Layihələrə cəlb edilən aktyorlardan biri - Ramin Şıxəliyev “Yeni Sabah”a bildirib ki, hər veriliş üçün ona ayrılan məbləğ stabil deyil:

“22 min manatlıq məbləğ dekabr ayına qədər nəzərdə tutulub və bu rəqəm sabit deyil, dəyişə bilər. Mən ay ərzində 1, 2, 3 və ya 4 verilişə çəkilə bilərəm. Eyni zamanda, hər veriliş üzrə ödəniş fərqli ola bilər. Rəqəmlər isə verilişin şərtlərinə əsasən dəyişir. Müqavilə çərçivəsində vergi, sosial ayırmalar və tibbi sığorta nəzərə alınmaqla formalaşır. Bütün hesablaşmalar müqaviləyə uyğun şəkildə həyata keçirilir”. Sezar pizza

Qeyd edək ki, AzTV-nin "Biz, səssiz səslər, 44 gün" film və televiziya layihələrinə bir sıra aktyorlar cəlb olunub.

Onlara ayrılan məbləğlər belədir: Şıxəliyev Ramin Tofiq oğlu – 22.000 AZN, Novruzov Əliməmməd Kamal oğlu – 14.500 AZN, Məmmədov Ramil Şamil oğlu – 20.000 AZN, Əzizov Əzizağa Ağayar oğlu – 16.000 AZN, Əhmədov İlham Namiq Kamal oğlu – 20.000 AZN, Məhərrəmov Məbud Əliəsgər oğlu – 15.000 AZN, Mehdiyev Oqtay Nüsrət oğlu – 25.000 AZN, Fərzəliyev Natiq Aslan oğlu – 17.500 AZN, Əliyeva Ülviyyə Fərhad qızı – 20.000 AZN və Əhmədov Çingiz Əli Əşrəf oğlu – 15.000 AZN.

Bundan əlavə, AzTV tərəfindən “Görüş yeri” verilişi üzrə xidmətlərin satın alınması üçün Elnur Kərimovla 3.600 manatlıq, “Türk yurdu” verilişi üzrə isə Əkbər Yolçuyevlə 3.948 manatlıq müqavilə imzalanıb.

Əsmətxanım Rzazadə
Geri dön