Ana Sayfa > Özəl > ABŞ arzusu ilə başlayan yol faciəyə çevrildi
ABŞ arzusu ilə başlayan yol faciəyə çevrildiBu gün, 18:30. Yazar: vasif |
![]() ABŞ-yə getmək ümidi ilə yola çıxan iki özbək ailənin Karib bölgəsində müəmmalı şəkildə yoxa çıxması beynəlxalq ictimaiyyətdə narahatlıq yaradıb. Məlumata görə, Səmərqənddən olan həmin ailələr qeyri-qanuni miqrasiya marşrutu ilə ABŞ-yə çatmağa çalışıblar və bu məqsədlə insan qaçaqmalçıları ilə əlaqə qurublar. Aralarında uşaqların da olduğu ailələr son dəfə Karib adaları ərazisindən yaxınları ilə əlaqə saxlayıblar. Həmin telefon danışığından sonra isə onların izi tamamilə itib. İtkin düşənlər arasında 4 uşağın da olduğu bildirilir. Hər iki ailənin eyni vaxtda əlaqəsinin kəsilməsi hadisənin arxasında təşkilatlanmış cinayət şəbəkələrinin ola biləcəyi ehtimalını gücləndirir. Hazırda jurnalistlər və ailə üzvləri müxtəlif kanallarla axtarış aparsalar da, iki ildir davam edən proses heç bir nəticə verməyib. Ailələrin taleyi barədə nə rəsmi təsdiqlənmiş məlumat var, nə də onların harada olduğu barədə iz tapılıb. Hadisə qeyri-qanuni miqrasiyanın təhlükələrini bir daha gündəmə gətirərək, insan qaçaqmalçılığı şəbəkələrinin yaratdığı riskləri kəskin şəkildə ön plana çıxarıb. Geri dön |