Ana Sayfa > Özəl > Makron BMT-də islahat çağırışı etdi – “veto hüququ yenidən düşünülməlidir”
Makron BMT-də islahat çağırışı etdi – “veto hüququ yenidən düşünülməlidir”Bu gün, 18:00. Yazar: vasif |
![]() Fransa Prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının strukturunun dəyişdirilməsinin zəruri olduğunu bildirib. Makronun sözlərinə görə, mövcud sistem artıq qlobal reallıqları tam əks etdirmir və xüsusilə Afrika qitəsinin Təhlükəsizlik Şurasında daimi üzvlük səviyyəsində təmsil olunmaması ciddi boşluq yaradır. Fransa lideri çıxışında veto hüququnun fəaliyyətini də tənqid edərək bildirib ki, bu mexanizm bəzi hallarda beynəlxalq qərarların qəbulunu bloklayır və humanitar böhranların qarşısının alınmasını çətinləşdirir. “Kütləvi cinayətlər törədildiyi zaman veto hüququnun BMT-nin fəaliyyətini necə dayandırmasına heç kim məntiqi əsas gətirə bilməz”, – deyə Makron vurğulayıb. Onun bu açıqlaması BMT sistemində uzun illərdir gündəmdə olan islahat debatlarını yenidən aktuallaşdırıb. Ekspertlərin fikrincə, xüsusilə Afrika və inkişaf etməkdə olan ölkələrin daha geniş təmsil olunması ilə bağlı çağırışlar gələcəkdə təşkilatın strukturunda dəyişiklik ehtimalını artırır. Geri dön |