Ana Sayfa > Siyasət > Qlobal Cənub QHT Platformasında katiblik Azərbaycana keçib

Qlobal Cənub QHT Platformasında katiblik Azərbaycana keçib


Bu gün, 12:47. Yazar: Subhan
Qlobal Cənub QHT Platformasında katiblik Azərbaycana keçib

Qlobal Cənub QHT Platformasında (Global South NGO Platform – GSNP) katiblik Azərbaycana keçib.

aia.az xəbər verir ki, bu, Platformanın I Baş Assambleyasının toplantısında açıqlanıb.

Bildirilib ki, seçkiyə əsasən, Fuad Kərimli GSNP-nin Baş katibi seçilib. Bununla da Azərbaycan GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək. Həmçinin onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçilib.

Toplantıda dünya əhalisinin 80 %-nin yaşadığı Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsini əhatə edən regionlardan ümumilikdə 110-dan çox ölkədən QHT təmsilçiləri iştirak edir.

aia.az
Geri dön