Ana Sayfa > Dünya > Türkiyə Ermənistan üçün gömrük qaydalarını yumşaltdı
Türkiyə Ermənistan üçün gömrük qaydalarını yumşaltdıBu gün, 19:45. Yazar: vasif |
![]() Türkiyədə qüvvəyə minən yeni qaydalara əsasən, artıq Ermənistana ixrac olunan mallar üçün bu ölkə rəsmi şəkildə son təyinat məntəqəsi kimi göstərilə biləcək. aia.az xəbər verir ki, əvvəllər Türkiyə şirkətləri gömrük bəyannamələrində Ermənistanı son təyinat ölkəsi, erməni iqtisadi subyektlərini isə alıcı kimi göstərə bilmirdi. Bu səbəbdən məhsullar əsasən Gürcüstan kimi üçüncü ölkələr vasitəsilə reeksport yolu ilə Ermənistana çatdırılırdı. Yeni qaydalardan sonra isə Ermənistan şirkətləri Türkiyədən malları vasitəçilər olmadan, birbaşa öz adlarına idxal edə biləcəklər. Məlumatı Ermənistanın Dövlət Gəlirləri Komitəsi yayıb. Geri dön |