Ana Sayfa > İdman > "Liverpul"da yeni mövsüm üçün baş məşqçi
"Liverpul"da yeni mövsüm üçün baş məşqçiBu gün, 17:44. Yazar: Subhan |
![]() "Liverpul" rəhbərliyi yeni mövsüm öncəsi baş məşqçi dəyişikliyi etməyi planlaşdırmır. aia.az xarici mətbuata istinadən xəbər verir ki, klub yaxın zamanda Xabi Alonsonu komandaya gətirmək niyyətində deyil. Bildirilir ki, rəhbərlik hazırkı baş məşqçi Arne Slota tam etibar edir və yeni mövsümə də onun rəhbərliyi altında başlamağı düşünür. Məlumatda qeyd olunur ki, mersisaydlılar yay transfer dönəmində əsas diqqəti heyətin gücləndirilməsinə yönəldəcək. Klubun bir neçə vacib transfer həyata keçirməsi gözlənilir. Daha əvvəl bəzi KİV-lərdə "Çelsi"nin Xabi Alonso ilə maraqlandığı barədə xəbərlər yayılmışdı. İspaniyalı mütəxəssis hazırda Avropanın ən çox diqqət çəkən məşqçilərindən biri hesab olunur. Xatırladaq ki, Arne Slot ötən mövsüm Yürqen Kloppun gedişindən sonra "Liverpul"a rəhbərlik etməyə başlayıb və "Enfild"də yeni komanda quruculuğunu davam etdirir. aia.az Geri dön |