Ana Sayfa > Karusel / Gündəm > "General Hospital"da araşdırma başladı

"General Hospital"da araşdırma başladı


Bu gün, 12:37. Yazar: Subhan
"General Hospital"da araşdırma başladı

Ötən gün "General Hospital" tərəfindən vətəndaşa saxta sağlamlıq arayışı verilməsinə dair xəbər yayımlanmışdı.

aia.az-ın xəbərinə görə, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı Mərkəz tərəfindən araşdırma aparılır:

"Məsələ Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin nəzarətindədir. Araşdırma başa çatandan sonra ictimaiyyətə məlumat veriləcək.

Əlavə olaraq bildirilir ki, aidiyyəti müəssisə ilə bağlı Mərkəz tərəfindən bir neçə dəfə tədbirlər görülüb", - cavabda qeyd olunub.

aia.az
Geri dön