Ana Sayfa > Siyasət > Zakir Həsənovun Slovakiyaya səfəri davam edir
Zakir Həsənovun Slovakiyaya səfəri davam edirBu gün, 10:43. Yazar: Subhan |
![]() Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov IDEB (International Defence Exhibition Bratislava) Beynəlxalq Müdafiə və təhlükəsizlik konfransında və sərgisində iştirak edib. Bu barədə aia.az-a Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sərgidə təqdim olunan müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra "Robot tərəfindən təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi" və "Patron FPV" PUA-sı vasitəsilə təkərli və tırtıllı texnikaya hücumun nümayişləri izlənilib. Səfər çərçivəsində general-polkovnik Z.Həsənov Çex Respublikasının Baş nazirinin müavini və müdafiə naziri cənab Yaromir Zuna ilə görüşüb. Görüş zamanı tərəflər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər. aia.az Geri dön |