Ana Sayfa > İdman > “Tottenhem” xal itirdi

“Tottenhem” xal itirdi


Bu gün, 09:37. Yazar: Subhan
“Tottenhem” xal itirdi

İngiltərə Premyer Liqasında XXXVI tura yekun vurulub.

aia.az xəbər verir ki, son gün bir qarşılaşma baş tutub.

"Tottenhem" öz meydanında "Lids"lə üz-üzə gəlib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada qalib müəyyənləşməyib. Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, "Lids" 44 xalla turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb. Aktivində 38 xalı olan "Tottenhem" isə 17-ci sıradadır.

aia.az
Geri dön