Ana Sayfa > Dünya > Paşinyan: İrəvan və Bakı sərhəd məsələsində də razılığa gəlib

Paşinyan: İrəvan və Bakı sərhəd məsələsində də razılığa gəlib


Dünən, 21:07. Yazar: vasif
Paşinyan: İrəvan və Bakı sərhəd məsələsində də razılığa gəlib


Ermənistan və Azərbaycan şimaldan cənuba doğru delimitasiyanı davam etdirmək barədə razılığa gəliblər.

aia.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Biz işğal olunmuş ərazilər məsələsinin olduğunu qəbul edirik və bu məsələ de-yure həll olunub”, - o qeyd edib.

Paşinyan 2024-cü ildə Ermənistan və Azərbaycanın sərhəd delimitasiyası komissiyasının əsasnaməsini imzaladığını və ratifikasiya etdiyini, bu komissiyanın Alma-Ata Bəyannaməsini delimitasiyanın əsas prinsipi kimi qəbul etdiyini qeyd etdi.

"Bu o deməkdir ki, Sovet Ermənistanı və Sovet Azərbaycanının sərhədləri iki ölkə arasında sərhəd olmalıdır. Qərar budur", - o vurğulayıb.
Geri dön