Ana Sayfa > Siyasət > 3 nüvə dövlətinin ilhaq edə bilmədiyi Qarabağ həqiqəti və Şərqi Zəngəzurdan sensasion xəbərdarlıqlar
3 nüvə dövlətinin ilhaq edə bilmədiyi Qarabağ həqiqəti və Şərqi Zəngəzurdan sensasion xəbərdarlıqlarBu gün, 15:34. Yazar: vasif |
![]() Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri tarixi hadisəyə çevrilir. Bu səfərlər xüsusilə də əlamətdar günlərə təsadüf edir. Bu dəfə də dövlət başçısı, ənənəvi qaydada, həm tarixi şəxsiyyət, milli lider Heydər Əliyevin ad gününün növbəti ildönümü ərəfəsində, həm də faşizm üzərində qələbənin ildönümündə Cəbrayıl və Zəngilan rayonlarına səfər etdi. Bu səfərlər zamanı həm yeni tikilmiş yaşayış məntəqələrinə geri dönən keçmiş sakinlərin mənzillərinin açarları təqdim olundu, onlara ən yüksək səviyyədə xeyir-dua verildi. Eyni zamanda dövlət başçısı yaddaşımızı diri tutacaq çox önəmli ismarıclar ünvanladı. Bu mesajların çox önəmli hissəsi heç şübhəsiz ki, ölkə vətəndaşlarına aid idi ki, heç zaman ötənləri unutmaq olmaz, arxayınlaşmağa yol verilməməlidir. Prezident azad edilmiş torpaqlarımızdakı mənzillərdə rahat, firavan həyat yaşamağa çağırış etməklə yanaşı, eyni zamanda ayıq-sayıq olmağın düsturunu təqdim etdi. Həmçinin, bu səfərlərdəki çıxışlar zamanı vaxtilə Azərbaycanın torpaqlarının işğaldan azad olunmasına müqavimət göstərən dairələrin, mərkəzlərin, paytaxtların növbəti dəfə iç üzünün açılmasına, ifşasına şahidlik etdik. Dövlətimizin başçısı Azərbaycan torpaqlarının işğaldan azad olunmasına müqavimət göstərən çevrələrin hələ də anti-Azərbaycan fəaliyyəti göstərməsi ilə bağlı önəmli fikirlər söylədi. Yenə də sülhə balta vurmağa çalışan, Ermənistan xalqının başını dərdə salmağa çalışan dairələrə vacib xəbərdarlıqlar səsləndi. Azərbaycan Prezidenti darmadağın edilmiş Cəbrayılda Ermənistan rəhbərliyinin vaxtilə yol çəkmək niyyətinin olmasını da ironik şəkildə xatırlatdı. Ermənistan rəhbərliyinin bu, təxribatçı hərəkəti heç şübhəsiz ki, bölgənin abadlaşmasına yönəlik bir təşəbbüs deyildi. Darmadağın edilmiş Qarabağa və Şərqi Zəngəzura çəkilməsi nəzərdə tutulan sayca üçüncü yol Azərbaycanın digər ərazilərinin ilhaqına və işğalın əbədiliyinə yönəlik bir siyasət idi. O yollarla hərbi texnikanın, silah-sursatın, minanın daşınması nəzərdə tutulurdu ki, Azərbaycan da Ermənistan rəhbərliyinin bu təşəbbüsünü, bu arzusunu qursağında qoydu. Dövlətimizin başçısı Zəngilan sakinləri ilə görüşündə bildirdi ki, işğal dövründə Azərbaycan ərazilərinin azad olunmasına qarşı guya həmsədrlik fəaliyyəti ilə bu prosesin həllini öz üzərinə götürdüyünü iddia edən üç nüvə dövləti dayanmışdı. Bu, olduqca mühüm bir açıqlama idi. Təsəvvür edin, dünyanın üç nüvə dövləti Azərbaycan torpaqlarının işğaldan azad olunmasına müqavimət göstərdiyi halda, Azərbaycanın Ali Baş Komandanı, Azərbaycan lideri, qüdrətli ordumuzun kifayət qədər ciddi şəkildə hazırlanması və döyüş tapşırığının yüksək səviyyədə yerinə yetirilməsi nəticəsində həmin nüvə dövlətlərinin çağırışını ürəyində qoydu və Azərbaycanın qələbəsi ilə razılaşmalarına gətirib çıxaran bir nəticə əldə etdi. Bu həqiqətin Zəfərimizin 6-cı ilində, Ermənistanın “qulağının dibində” açıqlanması həm də o deməkdir ki, bundan sonra Azərbaycanın qarşısını kimsə kəsə bilməz, bunu həm “kadastr sənədi olmayan ölkə”dəkilər, həm də havadarları birdəfəlik anlamalıdırlar!Azərbaycanın vaxtilə təmas xəttinə belə, gediş-gəlişini məhdudlaşdıran qüvvələr bu gün ölkəmizin Xankəndiyə doğru uzanan dəmiryoluna həsədlə baxırlar. Xankəndi dəmir yolu gələn il Xankəndi ilə Naxçıvanı birləşdirəcək!!! İşğal illərində Ermənistanın əsas niyyəti Qarabağın ardınca, Naxçıvanı da ilhaq etmək idi. Naxçıvan və Xankəndi arasındakı dəmiryolu şəbəkəsini də talamışdılar. İndi bu, iki türk şəhərini dəmir relslərlə birləşdirməklə Müzəffər Ali Baş Komandan İlham Əliyev şərəfli tariximizin növbəti qızıl səhifələrini yazır! “Ohanyan səddi” ilə torpaqlarımızın azadlığının qarşısını ala bilməyənlər Zəngəzur dəhlizinin tezliklə Naxçıvana doğru uzanmasına da mane ola bilməyəcəklər! Bir müddət sonra Ermənistan artıq götürdüyü öhdəliklərə uyğun olaraq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında əlaqəni təmin edə biləcək bir layihənin həyata keçirilməsi istiqamətində əməli işlərə başlamaq məcburiyyətində qalacaq. Azərbaycan Prezidenti Zəngilandan Naxçıvana cəmi 30 dəqiqəlik bir yolun olduğu barədə xatırlatma etməklə bu prosesin qarşısıalınmaz olduğunu bir daha nəzərə çatdırdı. Eyni zamanda Azərbaycan Zəngəzur dəhlizinin reallaşmasından narahatlıq keçirən İrandakı ayrı-ayrı dairələrə də xatırlatdı ki, Azərbaycan bu bölgədən həm də Araz çayı üzərində keçməklə körpünün tikintisini demək olar ki, yekunlaşdırmaqdadır. Azərbaycan təşəbbüsü ilə həyata keçirilən bu, mühüm layihə, sərhəd-gömrük infrastrukturunun formalaşdırılması bütün region üçün əlavə imkanlar vəd edir. Azərbaycanın İran ərazisindən keçməklə, oradan Naxçıvana və eyni zamanda Azərbaycanın Zəngəzur dəhlizi ilə birbaşa Naxçıvana əlçatan olan layihələrinin gerçəkləşəcəyinə artıq şübhə yeri qalmayıb. Şərq-Qərb dəhlizi üçün çox böyük önəm kəsb edən bu layihə, Naxçıvandan Türkiyəyə, Avropaya alyernativ çıxış imkanları ilə yanaşı, Şimal-Cənub dəhlizi üçün də cəlbedici marşrutdur. Zəngilandan, Ağbənd üzərindən İrana və Fars körfəzinə, buradan Naxçıvana keçməklə Culfaya, həmçinin Fars körfəzinə uzanacaq bu layihələrin təşəbnüskarl sabitlik adası Azərbaycandır. Zəngilandan anti-Azərbaycan qüvvələrə ünvanlanan ismarıcları şərti sərhədlərdə düzülən Avropa İttifaqının casus şəbəkəsinin və onların sahiblərinin ciddi şəkildə dinləməsi lazımdır. Bu xəbərdarlıqlar Avropa İttifaqında da, digər Avropa təşkilatlarında da ciddi şəkildə qəbul edilməli və nəticələr çıxarılmalıdır. Əgər zamanında indiki ilə müqayisədə çox fərqli olan bir ölkənin, bir ordunun qarşısını kəsə bilmədilərsə, zəfərimizin qarşısını ala bilmədilərsə, bundan sonrakı addımlarımıza da mane olmaq iqtidarında olmayacaqlar, unutmasınlar! Odur ki, vaxtında yığışıb, getsinlər, 2027-ci ili də gözləməsinlər! 44 günlük müharibədə bəzi qüvvələr Azərbaycan ordusunun Qarabağa, Şuşaya doğru hücumlarına müqavimət göstərib, bir neçə saat, bir neçə gün yolumuzu kəsə bildisə, bu prosesin sona çatmasına əngəl ola bilmədi. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı, bütövlükdə bölgədə Azərbaycanın həyata keçirdiyi nəhəng infrastruktur layihələri ilə əlaqədar bölgənin düzənini dəyişən, XXI əsrə xas qətiyyətli addımları ilə bağlı fəaliyyətinə də mane ola bilməyəcəklər. Bu, dövlət başçısının həm də o bölgənin əbədi sakinləri qarşısında verdiyi söz idi. Azərbaycan Prezidenti bu günə qədər heç zaman, heç bir sözündən bir addım geri çəkilməyib. Bütün verdiyi vədləri son dərəcə ləyaqətlə, qətiyyətlə yerinə yetirib və onun hətta hesabatını da zaman-zaman xalqa, ictimaiyyətə təqdim edib. Qarşıdakı dönəmdə Zəngilandan da müxtəlif istiqamətlərə uzanan avtomobil və dəmiryolları bu bölgənin əbədi sakinlərinin taleyində üçün olduqca mühüm hadisəyə çevriləcək. Yolumuzu kəsməyə çalışanların kənara çəkilməsi lazımdır…Ermənistandakı seçki təbliğatı Qərbi Zəngəzurdan başlayıb. Nikol Paşinyan bölgəyə selh tezisləri ilə gəlmişdi, Robert Köçəryan isə müharibəyə çağıran əbləh iddialarla. Azərbaycan Lideri elə bu bölgəyə yaxın ərazidə, Şərqi Zəngəzurda “qan-qan” deyənlərə xəbərdarlığını etdi. Bu xəbərdarlıqların məğzi o idi ki, əgər Ermənistanda revanşistlər ağıllarını başlarına yığmasalar, ölümcül cəzalardan qurtula bilməyəcəklər, şərti sərhədlərdə kimin durmasından asılı olmayaraq! Nüvə dövlətlərindən güclümü olacaqlar?! 2020-ci il müharibəsində Prezident İlham Əliyev köçəryanlar və sarkisyanlara qalib gəldi. Ulu öndər Heydər Əliyevə qarşı təqiblərdən və onun siyası səhnədən çıxarılmasından sonra başlanan Qarabağ hərəkatının başçılarını və onların arxasında duran qüvvələri məğlub etdi. Bu barədə Ağdamda xəbərdarlıqlarını sa etmişdi! Bəlkə də bəziləri bu qələbənin miqyasını və tarixi əhəmiyyətini görə bilmir, yaxud da dərk etmir. Həqiqət budur ki, 2020- ci il 44 günlük müharinədə Qələbə Qafqazda hökm salmış 200 illik tarixi ədalətsizliyə əsaslanan status- kvonu aradan qaldırdı. Buna görə də qələbənin və hazırkı reallığın əhəmiyyəti düzgün dərk olunmalı və qiymətləndirilməlidir. hakimiyyətə gələrsə və ölkəmizə qarşı yeni iddialar və provokasiyalar olarsa, Azərbaycan bütün lazımi tədbirlər görəcək və qəti önləyici addımlar atacaq!Unutmasınlar!!! Geri dön |