Ana Sayfa > Cəmiyyət / Karusel > ABŞ-da güclü qar həyatı iflic etdib - Video

ABŞ-da güclü qar həyatı iflic etdib - Video


14-03-2017, 16:47. Yazar: admin
ABŞ-da güclü qar həyatı iflic etdib - Video

ABŞ-a güclü qar yağıb.

AzVision.az xəbər verir ki, xüsusilə Nyu-Yorka şəhərinə yağan güclü qar həyatı iflic edib. Şəhərdə baş vermiş qar fırtınası nəticəsində mindən çox aviareys təxirə salınıb. Nyu-York hakimiyyəti sakinləri şəxsi avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb.

ABŞ-ın Milli Meteorologiya Xidməti (NWS) şimal-şərq ştatlarının sahilyanı regionlarında yaşayan əhalini güclü qar və bəzi hallarda sürəti saniyədə 27 metrə çatacaq külək barədə xəbərdarlıq edib.

Eyni zamanda Nyu-York şəhərində Ontario gölünün sahilində ev buza dönüb. Belə ki, fırtına zamanı göldəki su evin üzərinə tökülüb və güclü şaxta nəticəsində ev donub.

AİA.az


Geri dön