Ana Sayfa > Dünya > Suriya prezidenti qardaşını işdən çıxardı

Suriya prezidenti qardaşını işdən çıxardı


Bu gün, 19:00. Yazar: vasif
Suriya prezidenti qardaşını işdən çıxardı


Suriya prezidenti Əhməd əl-Şaraa bir sıra kadr dəyişiklikləri həyata keçirib, o cümlədən qardaşı Mahir əl-Şaraanı prezident administrasiyasının rəhbəri vəzifəsindən azad edib.

"aia.az" xəbər verir ki, bu barədə SANA xəbər agentliyi məlumat yayıb.

Prezident administrasiyasının yeni rəhbəri son illərdə Homs əyalətinin qubernatoru vəzifəsində çalışmış Əbdül Rəhman Bədrəddin əl-Əmadır.

Bundan əlavə, Suriya prezidenti Homs və Latakiya da daxil olmaqla bir sıra əyalətlərin yeni qubernatorlarını, informasiya, kənd təsərrüfatı nazirlərini təyin edib.
Geri dön