Ana Sayfa > Gündəm > Deputat Ramanada görüş keçirdi - Fotolar

Deputat Ramanada görüş keçirdi - Fotolar


14-03-2017, 16:37. Yazar: admin
Deputat Ramanada görüş keçirdi - Fotolar


27 saylı Sabunçu ikinci seçki dairəsinin deputatı Dilarə Cəbrayılova seçiciləri ilə növbəti görüşünü keçirib. Sabuncu rayon Ramana qəsəbəsində keçirilən görüş zamanı çıxış edən millət vəkili seçicilərini İlaxır Çərşənbə münasibəti ilə təbrik edib, onlara işlərində uğurlar arzulayıb. Daha sonar ölkədə baş verən ictimai-siyasi proseslərdən danışan Dilarə Cəbrayılova qeyd edib ki, 2017-ci il Azərbaycan üçün uğurlu başlayıb. Ölkəmizdə sosial-iqtisadi sahədə həyata keçirilən uğurlu siyasət nəticəsində aztəminatlı ailələrin, qaçqın və məcburi köçkünlərin, ümumilikdə vətəndaşlarımızın sosial rifah halı yüksəlib.



D.Cəbrayılova son günlər Milli Məclisdə qəbul olunan mühüm qərarları da diqqətə çatırıb. Deputat vurğulayıb ki, "Əmək pensiyaları haqqında” qanununa dəyişiklik vətəndaşların sosial rifah halının yüksəldilməsi istiqamətində atılan növbəti mütərəqqi addımdır.
Tədbirdə çıxış edən seçicilər Ramana qəsəbəsində mövcud problemlərlə bağlı millət vəkilini məlumatlandırıblar. Əsasən yol, işsizlik kimi problemləri dinləyən D.Cəbrayılova mövcud problemlərin aradan qaldırılması üçün aidiyyatı qurumlara müraciət edəcəyini bildirib.


AİA.az
Geri dön