Ana Sayfa > Ölkə > Qobustanda stansiya ərazisində güclü yanğın

Qobustanda stansiya ərazisində güclü yanğın


Bu gün, 11:30. Yazar: vasif
Qobustanda stansiya ərazisində güclü yanğın


Qaradağ rayonunun Qobustan qəsəbəsində yerləşən elektrik stansiyası ərazisində güclü yanğın baş verib.

Oxu.az məlumatına görə, hadisə nəticəsində stansiya ərazisində yerləşən transformator alovlara bürünüb.

Hadisə yerinə dərhal çoxsaylı yanğınsöndürmə briqadaları cəlb olunublar.

Fövqəladə Hallar Nazirliyindən məsələ ilə bağlı bildirilib ki, qurumun Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Geri dön