Ana Sayfa > Gündəm / Karusel > Ərdoğan müsəlmanları Avropaya qarşı SƏSLƏDİ

Ərdoğan müsəlmanları Avropaya qarşı SƏSLƏDİ


14-03-2017, 16:19. Yazar: admin
Ərdoğan müsəlmanları Avropaya qarşı SƏSLƏDİ


"Müharibə zamanı səhiyyə işçilərinə atəş açılmır. Əgər hollandiyalı olsa, mütləq atəş açar. Biz Hollandiya və hollandiyalıları Srebrenitsa qətliamından tanıyırıq. Onların əxlaqına 8 min bosniyalını qətlə yetirmələrindən bələdik. Bunları yaxşı bilirik. Kimsə bizə mədəniyyət dərsi verməsin. Bu millətin alnı açıq, üzü ağ, onlarınkı isə qaradır".

AİA.az azvision.az-a istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tibb işçiləri bayramı münasibəti ilə keçirilən tədbirdə bildirib.

"Məsələ nədir? Sabah orada seçki keçiriləcək. Bir irqçi, bir də indiki hakimiyyətdə olan partiya yarışır. Mən də buradan Hollandiyaya, Almaniyaya müraciət edirəm. Türkiyəyə düşmənçilik güdənlərə, oralardakı bütün əcnəbilərə, müsəlman qardaşlarıma deyirəm ki bu iki partiyaya səs verməyin. Hollandiya, Almaniya kimi ölkələrin kabusu olmuşuq".

Ərdoğan əlavə edib ki, bəzi Avropa ölkələri irqçi və faşist partiyaların oyuncağına çevrilib: "Meydanı faşistlərə verməklə çox ciddi zərərlər görəcəklər. Mən buradan məruz qaldığımız qeyri-insani davranış qarşısında, ölkəmizə dəstək olan bütün dostlarımıza xüsusilə minnətdarlığımı bildirirəm. İslam Əməkdaşlıq Təşkilatı başda olmaqla, irqçiliyə qarşı mübarizəni daha da gücləndirəcəyik. Bu məsələ artıq Türkiyənin məsələsi deyil. Bu, faşizm Avropada yaşayan bütün əcnəbilərə mənfi təsir edəcək. İslam Əməkdaşlıq Təşkilatının açıqladığı dəstək mesajını doğru bir addım kimi görürəm. Türkiyə hər cür çətinliyi, bütün çirkli qarayaxmları pozacaq gücə və imkana malikdir".

AİA.az
Geri dön