Ana Sayfa > Manşet / Siyasət > Mirzoyanın Okampo ilə gizli əlaqələri ifşa olundu
Mirzoyanın Okampo ilə gizli əlaqələri ifşa olunduBu gün, 20:05. Yazar: Subhan |
![]() Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Luis Okamponun daha bir ifşaedici videosu dərc edilib. aia.az xəbər verir ki, bu barədə "Minval Politika" məlumat yayıb. Bildirilib ki, bu gün yayımlanan videogörüntülərdə son aylarda Azərbaycanın Qarabağ bölgəsində sökülən qanunsuz tikililər ətrafında qaldırılan isteriyanın arxasında kimin dayandığı aydın görünür. Erməni lobbiçiləri həmin tikililəri "qədim kilsələr" kimi təqdim etməyə çalışırlar. Üstəlik, kadrlardan Ermənistan hakimiyyətinin və Paşinyanın yaxın çevrəsinin hansı nümayəndələrinin Okampo ilə əlaqə saxladığı və faktiki olaraq bu kampaniyaya dəstək verdiyi də anlaşılır. Videoları və onların transkriptlərini təqdim edirik: Luis Moreno Okampo: Biz anlaya bilərik ki, siyasi agentlik müdaxilə etməyib, sadəcə nələrisə göstərə bilər. Elə mənim də etdiyim budur. Mən bunu Ermənistanla da bağlı edirəm. Bu gün Ermənistan bərbad vəziyyətdədir, çünki Ermənistanda Paşinyan iki yepiskopu həbs edib. O, erməni kilsəsi ilə ölüm-dirim mübarizəsi aparır. O, erməni Papası olan Katolikosu oğlu olmaqda günahlandırıb və bu, doğrudur. Və sonra, o, ölüm-dirim mübarizəsi aparır. Londondakı yepiskopum da buna görə çox əziyyət çəkir. Amma mən ona deyirəm ki, qulaq as, biz həmişə deyirik: "Biz müdaxilə etmirik". Həmsöhbət: Bəs o, erməni icmasında iştirakına və ya onu təmsil etdiyinə görə sənə problem yaratmır? Və o, Ermənistan prezidentinin etmək istədiyinə qarşı ola bilər. Mənə elə gəlir ki, hansısa bir blokada yaradılır. Luis Moreno Okampo: Mənim razılaşmam var. Razılaşma Paşinyanın özü ilə deyil, onun xarici işlər naziri ilədir ki, biz bu məsələni həll edəcəyik, erməniləri azad edəcəyik və Dağlıq Qarabağı qoruyacağıq. Və biz heç vaxt daxili məsələlərə müdaxilə etməyəcəyik. Həmsöhbət: Yaxşı. Luis Moreno Ocampo: Ona görə, onlar mənə təşəkkür etdilər. Onlar hesab edirlər ki, bizim kənardan təzyiq göstərməyimiz onlar üçün sərfəlidir, çünki onlar Əliyevlə danışıqlarda aqressiv ola bilmirlər, ona görə də bu, onlar üçün xeyirlidir. Həmsöhbət: Mənə seçkilər barədə danışın. Onlar…? Luis Moreno Okampo: Ermənistandakı? Həmsöhbət: Ermənistandakı. Onlar indi… Onlar, mən onları nəzərdə tuturam… Luis Moreno Okampo: Mayda. Mən həmişə hökumətə deyirəm ki: "Qulas asın, uşaqlae, mən heç vaxt milli maraqlara qarışmayacağam". Həmsöhbət: Çünki siz mənə demişdiniz ki, xarici işlər naziri ilə yaxşı münasibətiniz var. Luis Moreno Okampo: Hə, Ermənistanın? Bəli. Amma sonra mən ona söz verdim ki, etməyəcəyəm… Baxın, onlar iyrənc işlər görürlər, çünki dörd yepiskopu həbs ediblər. Çünki yepiskop hökumətdə təbliğat aparırdı və hökumət inanırdı ki, yepiskoplar Rusiya üçün işləyirlər. aia.az Geri dön |