Ana Sayfa > Özəl > Heydər Əliyevin anadan olmasının 103-cü  ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib

Heydər Əliyevin anadan olmasının 103-cü  ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib


Bu gün, 16:16. Yazar: azer
Heydər Əliyevin anadan olmasının 103-cü  ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib

YAP Gədəbəy rayon təşkilatı və Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə Təhsil Sektorunun birgə təşkilatçılığı ilə 10 may Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü  ildönümünə həsr olunmuş silsilə tədbirlərin davamı kimi “Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda Gədəbəy rayon ümumtəhsil məktəblərinin 9-10 və 11-ci sinif şagirdləri arasında 28.04.2026-cı il tarixdə inşa yazı müsabiqəsi keçirildi.

Tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, müstəqilliyimizin qorunması və ölkəmizin hərtərəfli inkişafı istiqamətində göstərdiyi misilsiz xidmətlərdən danışdı. O, Ulu Öndərin həyat yolunun hər bir azərbaycanlı üçün örnək olduğunu vurğuladı.
 
Daha sonra Qazax-Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə Təhsil Sektorunun müdiri Elməddin Zeynalzadə çıxış edərək Ulu Öndərin təhsil, gənclər siyasəti və dövlət quruculuğu sahəsindəki tarixi xidmətlərini qeyd etdi.
 
Müsabiqənin sonunda qaliblər : 1- ci yerin qalibi Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi Səfərli Bağdad Vüqar qızı , 2- ci yerin qalibi Gədəbəy Fizika Riyaziyyat İnformatika Təmayüllü Liseyin 9-cu sinif şagirdi Rəhimli Fatimə Nicat qızı və 3- cü yerin qalibi Gədəbəy şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbinin 9-cu sinif şagirdi Allahverdiyeva Şəfa Ruslan qızı YAP Gədəbəy rayon təşkilatı tərəfindən mükafatlandırıldılar və “Fəxri Fərman“la təltif olundular.


Geri dön