Ana Sayfa > Siyasət / Parlament > Ulu Öndərin doğum gününə həsr olunmuş konfransda

Ulu Öndərin doğum gününə həsr olunmuş konfransda


Bu gün, 15:35. Yazar: azer
Ulu Öndərin doğum gününə həsr olunmuş konfransda

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov və Rumıniya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azay Quliyev mayın 11-də Rumıniyanın Buxarest şəhərinə səfər edəcəklər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Səfər çərçivəsində deputatlarımız Azərbaycanın Rumıniyadakı səfirliyinin təşkilatçılığı ilə bu ölkənin Senatında Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Azərbaycan ilə Rumıniya münasibətlərində Ulu Öndər Heydər Əliyevin rolu” adlı konfransda iştirak edəcəklər.
Səfər mayın 13-də başa çatacaq.
Geri dön