Ana Sayfa > Siyasət > Azərbaycanın sülh strategiyası Prezident İlham Əliyevin çıxışında bir daha öz əksini tapdı.

Azərbaycanın sülh strategiyası Prezident İlham Əliyevin çıxışında bir daha öz əksini tapdı.


Bu gün, 15:31. Yazar: azer
Azərbaycanın sülh strategiyası Prezident İlham Əliyevin çıxışında bir daha öz əksini tapdı.

Prezident İlham Əliyevin 2026-cı il mayın 4-də “Avropa Siyasi Birliyi”nin 8-ci Zirvə toplantısında videobağlantı vasitəsilə etdiyi çıxış müasir beynəlxalq münasibətlər sistemində Azərbaycanın rolunun artdığını bir daha nümayiş etdirdi.

Sammitə videobağlantı vasitəsilə qatılan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında ölkəmizin milli maraqlarını qətiyyətlə müdafiə edərək, Cənubi Qafqazda yaranmış yeni reallıqları dünya liderlərinin diqqətinə çatdırdı. Prezident İlham Əliyevin çıxışının əsas diqqət mərkəzində dayanan məsələlərdən biri Azərbaycanın Ermənistanla münasibətlərin normallaşması prosesində nümayiş etdirdiyi konstruktiv mövqe idi. Dövlət başçısı sülhün yalnız kağız üzərində deyil, real iqtisadi faydalar üzərində qurulmasının vacibliyini qeyd etdi. Xüsusilə vurğulandı ki, artıq Azərbaycan tərəfindən Ermənistana 28 min ton yük çatdırılıb və 12 min ton neft məhsulu ixrac edilib. Bu faktlar Azərbaycanın regionda gərginliyi azaltmaq və qarşılıqlı etimadı bərpa etmək istiqamətindəki praktiki addımlarının bariz nümunəsidir. Prezident çıxışında Zəngəzur dəhlizinin açılmasının yalnız Azərbaycan və Ermənistan üçün deyil, bütün Avrasiya məkanı üçün strateji əhəmiyyət kəsb etdiyini bəyan etdi. Bu dəhliz vasitəsilə regionun nəqliyyat blokadasından tamamilə qurtulacağı və Azərbaycanın təşəbbüskarı olduğu nəhəng enerji və logistika layihələrinin Avropanın təhlükəsizliyinə verəcəyi töhfələr bir daha önə çıxarıldı. Prezident İlham Əliyev çıxışında sülh prosesinin artıq deklarativ bəyanatlardan praktiki mərhələyə keçdiyini konkret rəqəmlərlə diqqətə çatdırdı. Dövlət başçısı bəyan etdi ki, 8 avqust 2025-ci il tarixli “Vaşinqton Bəyannaməsi”ndən sonra yaranan sabitlik mühiti nəticəsində Azərbaycan tərəfindən Ermənistana 12 min ton neft məhsulu (benzin və dizel) ixrac edilib və ümumilikdə 28 min ton yükün çatdırılması təmin olunub. Bu, iki ölkə arasında ticarət əlaqələrinin bərpası istiqamətində atılan inqilabi addım kimi qiymətləndirildi. Zəngəzur dəhlizinin açılması məsələsi çıxışın strateji hissəsini təşkil etdi. Prezident bu dəhlizin işə düşməsinin yalnız Azərbaycanın deyil, Ermənistanın da iqtisadi təcriddən xilas olması üçün əvəzolunmaz imkan yaratdığını vurğuladı. Dəhlizin istifadəyə verilməsi ilə region ölkələrinin qlobal tranzit marşrutlarından daha çox fayda götürəcəyi sammit iştirakçılarının diqqətinə çatdırıldı. Avropa İttifaqı Şurasının sədri Antonio Koşta çıxışına görə Prezidentə xüsusi təşəkkür edib və qeyd edib ki, bu sammitin İrəvanda baş tutması məhz Bakı və İrəvan arasındakı razılaşma sayəsində mümkün olub. O, bu hadisəni “Avropada sülh hekayəsi” adlandırıb. zərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin videobağlantı vasitəsilə qatıldığı bu sammit, regionda yaranmış yeni reallıqların beynəlxalq müstəvidə təsdiqi və Azərbaycanın müstəqil xarici siyasət kursunun qətiyyətli nümayişi kimi yadda qaldı. Gələcəyə baxış kontekstində Prezident İlham Əliyev mühüm bir təkliflə çıxış etdi. O, 2028-ci ilin mayında keçiriləcək 10-cu ASB Sammitinin Bakıda təşkil olunmasını təklif etdi. Bu təşəbbüsün Ermənistan tərəfindən də dəstəklənməsi, iki ölkə arasında münasibətlərin artıq konstruktiv və qarşılıqlı hörmət əsasında inkişaf edən yeni mərhələyə qədəm qoyduğunu sübut etdi. Avropa İttifaqı Şurasının sədri Antonio Koşta və digər liderlər Azərbaycanın bu konstruktiv mövqeyini yüksək qiymətləndirdilər. Prezidentin çıxışı bir daha təsdiq etdi ki, Azərbaycan kənar müdaxilələrə baxmayaraq, regionda dayanıqlı sülhün və iqtisadi tərəqqinin əsas təminatçısı olaraq qalır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu mötəbər tədbirə videobağlantı vasitəsilə qatılması və səsləndirdiyi kəskin, eyni zamanda konstruktiv mesajlar ölkəmizin regiondakı dominant rolunu bir daha təsdiqlədi. Prezidentin çıxışı həm regional sülhün gələcək konturlarını cızdı, həm də beynəlxalq təşkilatların Azərbaycana qarşı illərdir davam edən qərəzli yanaşmalarına qətiyyətli nöqtə qoydu. Dövlət başçısı sülh gündəliyinin praktiki nəticəsi kimi Azərbaycan tərəfindən Ermənistana enerji resurslarının və digər strateji yüklərin çatdırılmasını nümunə gətirdi. Bu addım regionun iqtisadi blokadadan tamamilə qurtulması üçün atılan ilk böyük addımdır. Prezident bu jesti ilə nümayiş etdirdi ki, Azərbaycan Cənubi Qafqazda davamlı rifahın və təhlükəsizliyin əsas təminatçısıdır. Avropa Parlamenti ilə bütün əməkdaşlığı dondurmaq və “Avronest” Parlament Assambleyasından çıxmaq qərarı, rəsmi Bakının öz suverenliyini hər şeydən üstün tutduğunun rəsmi təsdiqi oldu. Bu addım, Azərbaycanın öz daxili işlərinə müdaxilə etmək istəyən dairələrə verdiyi ən güclü cavab kimi tarixə düşdü.

Prezidentin videobağlantı vasitəsilə etdiyi bu çıxış həm Avropa liderləri tərəfindən yüksək maraqla qarşılanıb, həm də Azərbaycanın regionda sülh diktə edən tərəf kimi nüfuzunu bir daha möhkəmləndirib. Müzakirələrdə Azərbaycanın enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri sahəsindəki strateji rolu xüsusi vurğulanıb.


Saleh Məhərrəmov,
Yeni Azərbaycan Partiyası Oğuz rayon təşkilatının sədri
Geri dön