Ana Sayfa > Özəl > Moskva İrəvana mesaj verdi – Kopırkinin kritik açıqlaması

Moskva İrəvana mesaj verdi – Kopırkinin kritik açıqlaması


Bu gün, 14:48. Yazar: vasif
Moskva İrəvana mesaj verdi – Kopırkinin kritik açıqlaması


Rusiya Ermənistana xarici siyasətini müstəqil şəkildə qurmaq hüququnu tanıdığını bəyan edib, lakin bu addımların ikitərəfli münasibətlərə zərər verməməli olduğunu xüsusi vurğulayıb.

Rusiya səfiri Sergey Kopırkin bildirib ki, Moskva Ermənistanın xarici əlaqələrini şaxələndirməsinə hörmətlə yanaşır, lakin bunun Rusiya ilə mövcud əməkdaşlığa və inteqrasiya birlikləri çərçivəsindəki münasibətlərə mənfi təsir göstərməməsi vacibdir.

Eyni zamanda mayın 7-də Ermənistanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb və İrəvanda keçirilən Avropa tədbiri çərçivəsində Ukrayna prezidenti Volodimir Zelenskiyə çıxış imkanı verilməsi “qəbuledilməz” kimi qiymətləndirilib.

Bu hadisələr Moskva–İrəvan münasibətlərində diplomatik gərginliyin artdığı kimi şərh olunur və tərəflər arasında balansın həssas mərhələyə keçdiyini göstərir.
Geri dön