Ana Sayfa > Özəl > Aralıq dənizində yeni gərginlik: Türkiyə ətrafında hərbi rəqabət artır, müharibə riski müzakirə olunur
Aralıq dənizində yeni gərginlik: Türkiyə ətrafında hərbi rəqabət artır, müharibə riski müzakirə olunurBu gün, 12:00. Yazar: vasif |
![]() Rus və Türkiyə mətbuatına istinadən yayılan məlumatlara görə, Aralıq dənizi bölgəsində Türkiyəyə qarşı yeni geosiyasi və hərbi gərginlik ssenariləri formalaşır. İddialara əsasən, Yunanıstan, İsrail və Kipr arasında artan hərbi əməkdaşlıq Ankara ətrafında yeni təhlükəsizlik blokunun yaranmasına işarə edir. Bildirilir ki, tərəflər birgə hərbi təlimlər, kəşfiyyat əməkdaşlığı və müxtəlif hücum ssenariləri üzərində işləyir. Türkiyənin hava hücumundan müdafiə sistemlərinin modelləşdirilməsi və mümkün hədəf obyektlərinin analiz edilməsi kimi addımlar da müzakirə mövzusudur. Eyni zamanda Fransa və Böyük Britaniyanın regiondakı fəallığının artması, Kiprdə hərbi mövcudluq və enerji marşrutları uğrunda rəqabət vəziyyəti daha da gərginləşdirir. Türkiyə isə paralel olaraq hərbi gücünü artırdığını nümayiş etdirir və yeni silah sistemləri ilə strateji çəkindirmə siyasəti yürüdür. Bununla belə, ekspertlər vəziyyəti hələlik birbaşa müharibə kimi yox, daha çox “strateji rəqabətin kəskinləşməsi” və “hərbi-siyasi gərginliyin artması” kimi qiymətləndirirlər. Lakin lokal insidentlərin böyümə ehtimalı istisna edilmir. Geri dön |