Ana Sayfa > Özəl > İranın hərbi gücü ilə bağlı yeni iddia - kəşfiyyat hesabatı Vaşinqtonda mübahisə yaradıb
İranın hərbi gücü ilə bağlı yeni iddia - kəşfiyyat hesabatı Vaşinqtonda mübahisə yaradıbBu gün, 17:00. Yazar: vasif |
![]() Beynəlxalq mediada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (CIA) aid olduğu iddia edilən məxfi analiz geniş rezonans doğurub. Hesabatda İranın hərbi potensialı ilə bağlı əvvəlki bəyanatların reallığı tam əks etdirmədiyi vurğulanır. Məlumata görə, ABŞ-ın keçmiş açıqlamalarında İranın raket imkanlarının ciddi şəkildə zəiflədiyi bildirilsə də, daxili kəşfiyyat qiymətləndirməsi fərqli nəticələr ortaya qoyur. Sənəddə İranın mobil raket sistemlərinin böyük hissəsinin və raket ehtiyatlarının əhəmiyyətli bir qisminin hələ də mövcud olduğu qeyd edilir. Hesabatda həmçinin Tehran rejiminin yeraltı hərbi infrastrukturu yenidən aktivləşdirdiyi və raket istehsalını davam etdirdiyi iddia olunur. Bu isə regionda təhlükəsizlik balansı ilə bağlı narahatlıqları artırır. İqtisadi sahə ilə bağlı qiymətləndirmələrdə isə İranın sanksiyalara baxmayaraq müəyyən müddət təzyiqlərə tab gətirə biləcəyi bildirilir. Neft ixracının alternativ yollarla davam etdirildiyi və ehtiyatların müxtəlif kanallarda saxlandığı iddiaları da yer alır. Məsələ ABŞ siyasi dairələrində də müzakirələrə səbəb olub. Ekspertlər Vaşinqtonun ictimai açıqlamaları ilə kəşfiyyat qiymətləndirmələri arasında fərqlərin olduğunu, bunun isə İran siyasəti ilə bağlı qeyri-müəyyənliyi artırdığını qeyd edirlər. Geri dön |